12:16 - 22.06.2023
22 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 13 investisiya şirkətinin 4-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Capital Partners”, “MFX-Trading”, “İnvest-AZ” və “Troni”dir.
Ən yüksək dinamika “Capital Partners”də (5 dəfə), ən aşağı dinamika isə “Troni”də (23,6%) qeydə alınıb.
Qalan 9 investisiya şirkətinin nizamnamə kapitalı dəyişməyib.