15:42 - 21.06.2023
21 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 736 milyon 871 min ABŞ dolları dəyərində 1 milyon 132 min 706 ton yük daşınıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 93,9 % və 4 dəfə çoxdur.
O cümlədən, 5 ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 66 milyon 51 min ABŞ dolları dəyərində 30 min 484 ton yük ixrac olunub, 670 milyon 820 min ABŞ dolları dəyərində 1 milyon 102 min 221 ton yük idxal olunub.
Son 1 ildə ixrac olunan yükün dəyəri 3 dəfə, həcmi 23 %, idxal olunan yükün isə dəyəri 87,1 %, həcmi 4,2 dəfə artıb.
18 Avqust 2026