14:26 - 21.06.2023
21 iyun, Fineko/abc.az. “Lufthansa” korporativ ödəniş xidmətləri təminatçısı “AirPlus”u satmağa hazırlaşır.
ABC.AZ xəbər verir ki, Alman şirkəti “AirPlus”u İsveçdə yerləşən SEB bankına 450 milyon avroya satmağa razılaşıb.
Müqavilə “AirPlus”un bütün beynəlxalq törəmə və filiallarını, eləcə də Almaniyanın Hessen əyalətinin Neu-İsenburq şəhərindəki “Lufthansa AirPlus Servicekarten GmbH”ni əhatə edir.
Satış müqaviləsinin lazımi razılıqlar alındıqdan sonra gələn ilin birinci yarısında tamamlanacağı gözlənilir.
“AirPlus” satışdan sonra qlobal ödəniş şəbəkəsi UATP-nin üzvü olmağa davam edəcək.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026