11:47 - 21.06.2023
21 iyun, Fineko/abc.az. “Tesla”nın baş direktoru İlon Mask Hindistana sərmayə qoymaq niyyətindədir.
ABC.AZ-ın məlumatına görə, o bu niyyətini ABŞ-a səfər etmiş Hindistan baş naziri Narendra Modi ilə görüşündə bildirib.
O qeyd edib ki, adıçəkilən ölkədə inkişafı dəstəkləmək üçün “Tesla” Hindistana əhəmiyyətli sərmayə qoymağı planlaşdırır.
Mask görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, “Tesla”nın Hindistanda filialı ən qısa zamanda açılacaq:
“Məncə, bu, Hindistanla qarşılıqlı əlaqələri yaxşılaşdırmaq üçün əhəmiyyətli bir sərmayə ola bilər. Baş nazirə dəstəyinə görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qısa zaman ərzində həyata keçirəcəyimiz yenilikləri elan edə bilərik”.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026