Avtobuslarda gediş-gəliş bank kartları ilə də mümkün olacaq

11:12 - 20.06.2023


20 iyun, Fineko/abc.az. Uzun zamandır gözlənilən sistem qurulmağa başlayır. Belə ki, avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacağı məlum olub.

ABC.AZ xəbər verir ki, bunu “K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

“Bu ilin sonuna kimi "Bakıkart" aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək”, - deyə Orxan Bayramov əlavə edib.