Bakıda yeni avtodayanacaqlar tikiləcək?

10:18 - 20.06.2023


20 iyun, Fineko/abc.az. Paytaxt ərazisində sürücülər nəqliyyat vasitələrini saxlamaq üçün yer tapmadıqlarını bildiriblər.

Onların sözlərinə görə, bu problemin həlli üçün çoxmərtəbəli avtodayanacaqların sayı artırılmalıdır.

ABC.AZ Baku TV-yə istinadən xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı bildirib ki, parklanma probleminin həlli üçün çoxmərtəbəli avtodayanacaqların tikintisi üçün işlər aparılmalıdır:

“Bütün yaşayış və qeyri-yaşayış obyektlərinin özünün avtodayanacaqlarının olması vacib şərt kimi qoyulmalıdır”.

Daha ətraflı süjetdə: