Azərbaycanda soyuducu istehsalı 13 dəfə artıb

15:36 - 19.06.2023


19 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 558 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə soyuducu istehsalı 515 ədəd və ya 13 dəfə artıb.

2022-ci ilin yanvar-may aylarında bu göstərici 43 ədəd təşkil edib.