Bu il 1 580-dən çox avtomobil istehsal olunub

11:11 - 14.06.2023


14 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may ayında Azərbaycanda 1 582 ədəd avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə 643 ədəd və yaxud 68,5% çoxdur.

Bu il iyunun 1-nə ölkədə 744 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 306,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 30,6 % azalıb.