Cənubi Koreyada işsizlik səviyyəsi rekord həddə çatıb

10:43 - 14.06.2023


14 iyun, Fineko/abc.az. Cənubi Koreyada işsizlik səviyyəsi may ayında 2,5 faizlə rekord aşağı səviyyəyə çatıb ki, bu da sonuncu dəfə 2022-ci ilin avqustunda müşahidə olunub.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hökumət məlumatları may ayında işləyənlərin sayının illik müqayisədə 1,2 faiz artaraq 28,84 milyon nəfərə çatdığını göstərdi.

May ayında məşğulluğun əhaliyə nisbəti illik müqayisədə 0,5 faiz bəndi artaraq 63,5 faiz təşkil edib.

Bundan əlavə, may ayında işsizlərin sayı illik müqayisədə 11,5 faiz azalaraq 787 min nəfər olub.