10:29 - 14.06.2023
14 iyun, Fineko/abc.az. "YouTube"dan qazanc əldə edilməsi qaydaları dəyişib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, "Youtube" digər sosial şəbəkələrlə, o cümlədən Tik-Tok-la böyük rəqabətdə olan "YouTube" daha çox müəllif cəlb eləmək üçün qaydaları daha da asanlaşdırıb.
İyunun 10-dan qüvvəyə minən yeni qaydalara görə, pul qazanmaq hüququ verən abunəçi sayı i ndiyədək olan 1000 nəfərdən 500 nəfərə endirilib, yəni 2 dəfə azaldılıb.
Digər meyarlar da dəyişib, indiyədək monetizasiyaya başlamaq üçün son 3 ayda müəllifin adi videolarına 4 min saat, qısa (Shorts) videolara isə 10 milyon baxış baxış olmalı idi.
İndi isə adi videoların izlənmə tələbi 3000 saata, qısa videolarda isə 3 milyon baxışa endirilib.
Qeyd edək ki, "YouTube"da qazanılan pulun 45%-i şəbəkənin özünə çatır, müəllifə isə 55% qalır.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026