11:05 - 13.06.2023
13 iyun, Fineko/abc.az. “Ford” elektrikli avtomobil istehsal edə biləcəyi ilk müəssisəsinin açılışını edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən mərkəzdə yeni nəsil elektrikli minik avtomobilləri istehsal ediləcək.
Şirkət ilk dəfə 1930-cu ildə qurulan tarixi fabrikini 2 milyard dollarlıq sərmayə ilə yeniləyib və bu, Almaniyanın istehsal sektorunda ixtisaslı işçi qüvvəsinə və avtomobil istehsalının gələcəyinə verilən böyük bir dəstəkdir.
125 hektar ərazidə inşa edilmiş, ildə 250 mindən çox elektrik avtomobili istehsal etmək gücünə malik olan, yüksək səmərəlilik üçün nəzərdə tutulmuş yeni müəsisə yeni istehsal xətti, akkumulyatorların yığılması xətti, ən müasir alətlər və avtomatlaşdırma sistemləri ilə təchiz edilib.
17 Avqust 2026
15 Avqust 2026