Ərdoğan Bakıya Sinan Oğanla gəlir

15:37 - 12.06.2023


12 iyun, Fineko/abc.az. Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan sabah, iyunun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərində onu müşayiət edəcək.

Asayis.Az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat verib.

S.Oğanın heyətlər arasında keçiriləcək geniştərkibli görüşdə iştirak edəcəyi də iddia olunur.

Sabahkı səfər çərçivəsində regional məsələlərin, o cümlədən Cənubi Qafqazdakı durumun müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.