10:57 - 7.06.2023
7 iyun, Fineko/abc.az. “Tesla”nın “Model 3” avtomobilləri vergi güzəştlərindən yararlanacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın bütün “Model 3” avtomobilləri ABŞ Maliyyə Nazirliyinin müəyyən etdiyi yeni akkumulyator təchizatı meyarlarına əsasən vergi güzəştlərindən yararlana bilər.
ABŞ Energetika Nazirliyinin “fueleconomy.gov” saytındakı məlumata görə, bütün “Tesla Model 3” avtomobilləri elektrik,”plug-in hibrid və yanacaq hüceyrəsi ilə işləyən elektrik avtomobillər üçün nəzərdə tutulan 7500 dollarlıq vergi güzəştindən yararlanmaq hüququna malikdir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026