14:50 - 6.06.2023
6 iyun, Fineko/abc.az. Hökumət uzun illərdir minik avtomobillərinin, ümumiyyətlə avtomobillərin idxalı ilə bağlı məhdudlaşdırma aparır. Avtomobillərin mühərrikini kub santimetrinə görə vergilər yüksəldilir. Bu sahədə vergi və rüsumlar artırılır. Bundan əlavə ili bir qədər köhnə olan avtomobillərin ölkəyə gəlişi məhdudlaşdırılır. Əlbəttə bunlar başa düşüləndir. Həm ölkədəki yollarda avtomobil sıxlığı, tıxaclarla bağlı minik avtomobillərinin ölkəyə idxalının qarşısı alınır, həm də ölkədə yerli minik avtomobilləri istehsalına dəstək həyata keçirilməsinə cəhd edilir. Amma, bu da öz neqativ nəticəsini avtomobil parkının köhnəlməsində göstərir.
Bunu ABC.AZ-a açıqlamasında ekspert Pərviz Heydərov bildirib.
Hökumətin bu addımını yüksək dəyərləndirən ekspert bir etirafı da unutmur.
Onun sözlərinə görə, axır vaxtlar ölkədə minik avtomobillərinin parkı hədsiz dərəcədə köhnəlmişdi: "Yəni, indi hazırda istismarda olan minik avtomobillərinin əksəriyyətinin istehsal müddəti ya 10 ilə yaxın, ya da 10 ili keçmişdi. Belə bir şəraitdə utilizasiya məsələsi əgər ölkədə avtomobil istehsalı mövcuddursa əlbəttə ağılabatan, məntiqli bir addımdır. Və bu özlüyündə müsbət qiymətləndirilməlidir. Amma, bu utilizasiyasının hansı mexanizmlər əsasında həyata keçiriləcəyi vacibdir. Kompensasiya ödənişlərinin və ya barter əsasında əlavə ödənişlərin tələb olunması mexanizmlərinin tətbiqi yolu ilə yeni minik avtomobillərinin satışını genişləndirmək müsbət addımlar sayıla bilər".
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026