09:58 - 6.06.2023
6 iyun, Fineko/abc.az. Türkiyədə tanınmış "Uber" taksi xidməti qadağan edilib.
ABC.AZ-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şirkətin xidmətinə qadağanı qardaş ölkənin 11-ci hüquq dairəsi Kassasiya məhkəməsi qoyub.
İstanbul taksi sürücüləri dərnəyinin iddiası əsasında baş tutan prosesdə aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Məhkəmə “Uber”in qeyri-sağlam rəqabətə yol açdığını əsas gətirərək Türkiyədə fəaliyyətini qadağan edib, həmçinin ölkə ərazisindən şirkətin saytına girişi bloklayıb.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026