10:19 - 24.05.2023
24 may, Fineko/abc.az. Fransada qatarla alternativi olan 2,5 saatdan az daxili uçuşlar qadağan edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin “Rəsmi Qəzet”ə nəşrində məlumat dərc edilib.
Sözügedən qadağanın 3 il müddətində qüvvədə olacağı vurğulanıb.
Ölkənin nəqliyyat naziri Klement Beaune verdiyi yazılı açıqlamada, sözügedən qərarla Nant, Bordo, Lyon və Paris-Orly arasında uçuşların qadağan edildiyini bildirib.
Beaune qeyd edib ki, bu qərar istixana qazı emissiyalarının azaldılması siyasəti üçün əsas addımdır.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026