Nazirlik tender elan edir

14:32 - 23.05.2023


23 may, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki,Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üçün tender elan edir.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan təkliflərini 10.07.2023 15:00  tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Suqra Məmmədova, +99412-526-01-01(2637)