"Azəriqaz İB-ni məhkəməyə verdilər

11:42 - 22.05.2023


22 may, Fineko/abc.az. "Lenkeran Hotel And Resort Company" MMC "Azəriqaz İB-ni məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddia  müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Lenkeran Hotel And Resort Company" MMC 05.01.2015-cil ildə dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 207 100 manatdır. Qanuni təmsilçisi Tugay Arıdır.