Dövlət Agentliyi tibbi yardım maşınları alıb

12:22 - 19.05.2023


19 may, Fineko/abc.az. Minatəmizləmə Agentliyi "Tibbi yardım nəqliyyat vasitələrinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, qalib "Azərmaş Group" MMC olub.

Tenderin məbləği 706 500 manatdır. 

Xatırladaq ki, sifarişdə nəzərdə tutulmuş maşınların sayı 13-dür. Bu da o deməkdir ki,  təxminən bir nəqliyyat vasitəsi üçün 54,3 min manat ödəniləcək.