Azərbaycanda minik avtomobil istehsalı azalıb - Hesabat

16:38 - 18.05.2023


18 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-aprel ayında ölkədə istehsal olunan avtomobillərin sayını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, yanvar-aprel aylarında 145 ədəd yük avtomobili (artım 52,6%) istehsal edilib.

2023-cü il mayın 1-nə anbarlarda 9 ədəd yük avtomobili var. Apreldə yük avtomobilləri istehsal olunmayıb.

Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.

Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.

Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır.