Dörd ayda Azərbaycanda 1,259 ədəd minik avtomobili istehsal edilib

16:18 - 18.05.2023


18 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1,259 ədəd minik avtomobili istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 77,3% çoxdur. 

Belə ki, yanvarda - 195, fevralda - 261, martda - 469, apreldə - 334 ədəd avtomobil istehsal edilib. 1 may 2023-cü il tarixinə anbarlarda 877 ədəd minik avtomobili var (1 yanvar 2023-cü ilə - 270).

Yanvar-aprel aylarında Azərbaycanda 293 ədəd traktor (artım 73,4%) istehsal edilib. 2023-cü il mayın 1-nə anbarlarda 13 ədəd traktor var.