Tbilisi-Moskva uçuşları ilə bağlı bilet satışı başladı

12:10 - 17.05.2023


17 may, Fineko/abc.az. Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” mayın 20-dən Moskvaya bilet satışına başlayıb.

ABC.AZ xəbər verir ki, biletlər şirkətin saytında satışa çıxarılıb.

Məlumata görə, biletlərin qiyməti 346 dollardan başlayır.