Naxçıvan Beynəlxalq Hava Limanında nöqsanlar aşkarlandı

16:26 - 16.05.2023


16 may, Fineko/abc.az. Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanı və onun tabeliyində olan “Aeroport Taksi” MMC-də 2023-cü ilin fevralın 15-dən martın 18-dək apardığı yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar edilib.

ABC.AZ ali audit qurumuna istinadən xəbər verir ki, audit yoxlamaları 2021-2022-ci illəri əhatə edib.

Əhatə olunan dövrdə hava limanının xərcləri 28 milyon.471 min 323 manat (amortizasiya xərcləri daxil olmaqla), gəlirləri isə 20 milyon 631min 647 manat təşkil edib.

“Naxçıvan Beynəlxalq Hava Limanı təsərrüfat hesablı müəssisəsi ilə özəl şirkətlər arasında hava gəmilərinin enmə-qalxmasının təminatına dair müqavilələr bağlayıb. Müqavilələrin şərtlərinə əməl edilməyərək yerüstü, texniki və kommersiya xidmətləri, aeroport yığımı, təhlükəsizlik yığımları, təyyarənin artıq dayanması, xüsusi təhlükəsizliyi və qorunması və s. xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, ümumilikdə xidmətlərin dəyəri hesablanmayıb və özəl şirkətlərdən alınması təmin edilməyib.

Hava gəmilərinə texniki xidmət, gələn sərnişinlərin təhlükəsizlik yığımı və hava gəmilərinin təhlükəsizlik xidmətinin haqları özəl aviaşirkəti ilə bağlanmış müqavilənin şərtlərinə daxil edilməmiş, nəticədə bu xidmətlərin faktiki olaraq göstərilməsinə baxmayaraq, hava limanı tərəfindən ümumilikdə bu xidmətlərin dəyərini təşkil edən 288 min 529 manat məbləğində xidmət haqqının özəl aviaşirkətindən alınması təmin edilməyib.