Avropada sürücüsüz avtobuslar xəttə buraxıldı - FOTO

15:12 - 16.05.2023


16 may, Fineko/abc.az. Şotlandiyada sərnişin daşımalarını həyata keçirəcək sürücüsüz avtobuslar marşrut xəttinə buraxılıb.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, həmin avtobuslarda iki nəfərdən ibarət ekipaj üzvü olacaq.

Onlardan biri yola və göstəricilərə nəzarət edəcək, digəri isə bilet satışı və sərnişinlərə yardımla məşğul olacaq.

Şotlandiyanın paytaxtı Edinburqla Firth of Forth körfəzinin digər tərəfində yerləşən Fife dairəsi arasındakı 21 kilometrlik marşrut üzrə saatda 75 kilometrədək sürətlə hərəkət edən beş pilotsuz avtobus həftədə 10 min sərnişinə xidmət göstərəcək. O, ölkədə hökumət tərəfindən maliyyələşən və rəsmən qeydiyyatdan keçən ilk pilotsuz marşrut kimi tarixə düşüb.