Türkiyəli sürücülər Azərbaycan ərazisindən keçməyə üstünlük verirlər - Çavuşoğlu

14:41 - 8.05.2023


8 may, Fineko/abc.az. Azərbaycan Türkiyədən gələn yük maşınları (tırlar) üçün önəmli güzəştlər edib.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, türkiyəli sürücülər İran gömrüyündə böyük problemlər yaşadıqları üçün Azərbaycan ərazisindən keçməyə üstünlük verirlər. Nazirin sözlərinə görə, İran tərəfi ilə danışıqların davam etməsinə baxmayaraq, problemlər aradan qaldırılmayıb.