11:41 - 8.05.2023
8 may, Fineko/abc.az. Baş nazirin 29 mart tarixində imzaladığı qərarla zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar 29 aprel tarixindən qüvvəyə minib.
ABC.AZ Bizim.media-ya istinadən xəbər verir ki, hökumətin bu qərarı avtomobil bazarında ajiotaja səbəb olub. Nəticədə köhnə avtomobillər və onların ehtiyat hissələri sürətlə bahalaşmağa başlayıb.
Avtomobil satışı ilə məşğul olan şəxslərin bildirdiyinə görə, yaşı 10 ildən çox olan avtomobillərin qiyməti 5-10% bahalaşıb. Satıcılar növbəti aylarda qiymətin daha da bahalaşacağını bildiriblər.
2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi. Deməli, son vaxtlar köhnə avtomobillərin qiyməti ən azı 50 faiz bahalaşıb.
17 Avqust 2026
15 Avqust 2026