11:16 - 8.05.2023
8 may, Fineko/abc.az. Azərbaycanda ilk dəfə olaraq gəmilərin hazırlanmasında “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabellərdən istifadə ediləcək.
ABC.AZ xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Sənədə əsasən Bakı Gəmiqayırma Zavodunda hazırlanan gəmilərin inşasında "STP" MMC-yə daxil olan “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabellərdən istifadə ediləcək.
Qeyd edək ki, indiyədək "Bakı Gəmiqayırma Zavodu" MMC tərəfindən gəmilərin hazırlanması zamanı istifadə edilən kabellər xarici ölkələrdən idxal edilirdi.
17 Avqust 2026
15 Avqust 2026