16:20 - 5.05.2023
5 may, Fineko/abc.az. Bərdədə köhnə dəmir yolu stansiyasının sökülməsinə başlanılıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı məlumat verib.
Onun sözlərinə görə, ərazidə yeni stansiya inşa ediləcək. Bu stansiyadan sonra isə Ağdama qədər uzanacaq dəmir yolu xəttinin üzərində Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək.
"Köçərli və Təzəkənd stansiyalarının bünövrələri artıq qoyulub. Ağdam stansiyasının isə layihələndirmə işləri sürətlə davam etdirilir. Bu templə getsək, iyunun əvvəlinə layihələndirmə işlərini bitirib iyul-avqust aylarına tikinti işlərinə başlamağı düşünürük. Elektrik yan xətt şəbəkəsinin tikintisi və rabitə-siqnal işləri qalır. İlin sonuna kimi onların da tikintisi planlaşdırılır", - deyə ADY rəsmisi qeyd edib.
17 Avqust 2026
15 Avqust 2026