Bakıdan birbaşa Ağdama dəmir yolu reysi açılacaq

15:52 - 5.05.2023


5 may, Fineko/abc.az. Bakıdan birbaşa Ağdama dəmir yolu reysi açılacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Tikintiyə nəzarət idarəsinin rəisi Tural Abbaslı jurnalistlərə açıqlama verib.

Bildirib ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama yolumuz nəzərdə tutulub:

"Yol bir xəttli olacaq və hal-hazırda elektrikləşməyib. Yolun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti var. Ağdam stansiyası xaric, işlərin bu ilin sonuna kimi başa çatacağı gözlənilir. Ağdam stansiyasının tikintisi isə gələn ilin yanvar-fevral aylarında başa çatacaq”.

İdarə rəisi əlavə edib ki, Bərdə-Ağdam Stansiyasının 2020-ci il noyabr ayının 24-də Prezidentin 2305 nömrəli sənancamına əsasən tikintisi başlayıb: "Ümumi ox üzrə 47.1 km, yan yollarla birlikdə isə 57.8 km dəmir yolunun tikintisi nəzər tutulur. Artıq yolun 56.9 km-i salınıb. Hal-hazırda Ağdam stansiyasında 5 yan yol salınıb.Tikinti üzrə isə 90% layihələndirmə işləri yerinə yetirilib.