“Volvo” şirkəti xərcləri azaltmaq üçün işçilərinin 6%-ni ixtisar edir

12:11 - 5.05.2023


5 may, Fineko/abc.az. İsveçin “Volvo” şirkəti xərcləri azaltmaq üçün işçilərinin 6%-ni ixtisar etməyi planlaşdırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Cim Rouen bildirib.

Onun sözlərinə görə, ixtisarlar ilk növbədə ofis işçilərinə təsir edəcək.

Baş direktor hesab edir ki, bu dəyişən bazar şərtlərinə görə səmərəliliyi artıracaq.

"Bununla bağlı artıq “Volvo” səmərəliliyin artırılması proqramını yaradıb. Nəticələr artıq var, lakin şirkətin istədiyi qədər deyil. Bildirilir ki, ixtisarların ardınca şirkətin bütün qlobal bölmələrində xərclərin azaldılması gözlənilir" - deyə C.Rouen qeyd edib.

Müəllif: Elmir Murad