10:30 - 4.05.2023
4 may, Fineko/abc.az. “Apple” şirkətinin buaralar başı məhkəmə çəkişmələrindən açılmır.
Bu dəfə şirkət “iPhone”ları bilərəkdən yavaşlatdığı üçün məhkəməyə verilib.
Belə ki, şirkət Böyük Britaniyada yeni bir iddia ilə üz-üzə qalıb.
Bundan əvvəl isə şirkət ABŞ, Fransa və Koreyada eyni halla üzləşmişdi.
Sözügedən iddiada “Apple”, müəyyən “iPhone”larda tapılan batareya problemlərini gizlədən və “iPhone 6″dan “iPhone X”ə qədər müxtəlif “iPhone” modellərinin performansını məhdudlaşdıran enerji idarəetmə aləti quraşdırmaqda ittiham olunur.
“Apple” açıqlamasında bu qanuni addımın heç bir əsasının olmadığını bildirərək ittihamları rədd edib.
Müəllif: Elmir Murad