17:03 - 3.05.2023
3 may, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İnformasiya Texnologiyaları İdarəsinə yeni rəis təyin olunub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu vəzifə Qaçay Mirzəyevə həvalə edilib.
İT sektorunda çoxillik təcrübəsi olan Q.Mirzəyev əvvəllər “BP-Azerbaijan”, Azərbaycan Dövlət Neft Fondu və 10 ildən çox müddətdə “Microsoft Azerbaijan” şirkətində çalışıb, 2019-2022-ci illərdə adıçəkilən şirkətin Azərbaycan üzrə baş meneceri olub.
17 Avqust 2026
15 Avqust 2026