Suqovuşanda yaşayış binalarının tikintisi üçün tender keçirilir

10:26 - 3.05.2023


3 may, Fineko/abc.az. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Suqovuşan qəsəbəsində 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binalarının tikintisi  üçün tender elan edir.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan təkliflərini

22.06.2023 16:00  tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Tural Rzayev, tel: +994-55-489-98-20