15:25 - 26.10.2017
Azərbaycanda ilk dəfə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis edilib.
İqtisadiyyat Nazirliyinin məlumatında deyildiyi kimi, Assosiasiya İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis edilib.
“Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva Assosiasiyanın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub”,- məlumatda belə qeyd edilir.