AZAL Avropa şəhərlərinə uçuş sayını artıracaq

16:47 - 25.04.2023


25 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropanın şəhərlərinə birbaşa uçuşların sayını artırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu AZAL-ın I vitse-prezidenti Samir Rzayev bildirib.

O, aviaşirkətin həyata keçirəcəyi birbaşa uçuşlarda rahatlığın və yüksək səviyyəli xidmətin təmin olunacağına əminliyini ifadə edib.

Xatırladaq ki, mayın 2-dən AZAL Bakıdan Avstriyanın paytaxtı Vyanaya birbaşa uçuşlara başlayacaq. Aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.