16:16 - 25.04.2023
25 aprel, Fineko/abc.az. “Hyundai” ABŞ-da həyata keçirəcək planlarını açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən şirkət ABŞ-da akkumulyator fabriki qurmağa hazırlaşır.
Koreya şirkətinin xalis mənfəəti birinci rübdə iki dəfədən çox artdığından, şirkət ABŞ-da 5 milyard dollar dəyərində elektrik avtomobil akkumulyatoru fabriki quracaq.
Corciya ştatının Bartou şəhərində qurulacaq fabrikdə Cənubi Koreya şirkətləri bərabər paya sahib olacaqlar.
Zavodun 2025-ci ilin ikinci yarısından istehsala başlayacağı gözlənilir.
18 Avqust 2026