10:39 - 25.04.2023
25 aprel, Fineko/abc.az. Rusiyanın “Avtodom” holdinqi Almaniyanın “Mercedes-Benz” konserninin Rusiyadakı aktivlərini almaq üçün müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, müqaviləyə, Alman şirkətinin Rusiyadakı rəsmi distribyutoru - "Mercedes-Benz Rus" ASC, onun Moskva vilayətindəki zavodu, lizinq törəmə şirkəti, sığorta ilə məşğul olan şirkəti və "Benz Bank Rus" daxildir.
Rusiyada "Mercedes-Benz"in aktivlərini alan "Avtodom" şirkəti Almaniya konserninin Moskva vilayətinin Esipovo qəsəbəsindəki keçmiş zavodunda premium Çin avtomobilləri istehsal etməyi planlaşdırır. Bu barədə “Avtosmart” şirkətinin (“Avtodom”un törəmə müəssisəsi) baş direktoru Maksim Şişko bildirib.
Top menecerin dediyinə görə, gələn ay Moskva yaxınlığındakı zavodda avtomobillərin yığılması üzrə çinli tərəfdaş seçiləcək.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026