“Cola” içkisi ölüm nisbətini artırır - Araşdırma

14:34 - 20.04.2023


20 aprel, Fineko/abc.az. “Cola”nın sağlamlığa zərərli olduğu və vaxtından əvvəl ölüm nisbətini artırdığı məlum olub. ABC.AZ-ın məlumatına görə, bu, Harvard Universitetində aparılan araşdırmasından sonra ortaya çıxıb. Belə ki, “Cola” kimi qazlı içkiləri hər gün istehlak edənlərin vaxtından əvvəl ölüm nisbətinin yüzdə 20 artdığı aşkar olunub. 

Elm adamları bu cür içkilərdən istifadə edənlərdə şəkər xəstəliyinə tutulma riskinin artdığını bildirərkən, bu içki yerinə qəhvə və ya çay içməyi tövsiyə ediblər.
15 mindən çox şəkərli diabet xəstəsinin məlumatlarını araşdıran alimlər bu insanların istehlak vərdişlərini də müqayisə ediblər. 18,5 il ərzində qazlı və şəkərli içkilər qəbul edənləri tədqiq edən elm adamları, bu insanların 22 faizinin ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və demək olar ki, yarısının bu müddət ərzində öldüyünü açıqlayıb.

Bildirilib ki, şəkərli və qazlı içkilərdən istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı 5 dəfə çoxdur. Gündə 6 fincana qədər qəhvə içənlərdə vaxtından əvvəl ölüm riskinin 26 faiz azaldığı da qeyd edilib. Çay içənlərdə riskin 21 faiz, su içənlərdə isə 23 faiz azaldığı bildirilib.