Daha bir aviaşirkət bu tarixdən Moskvadan Bakıya uçuşlara başlayacaq

11:36 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Rusiyanın “Red Wings” aviaşirkəti mayın 4-dən Moskvadan Bakıya birbaşa müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd edilib ki, aviareyslər Moskva-Bakı istiqamətində mayın 4-dən başlayaraq həftənin cümə axşamı və bazar günləri, Bakı-Moskva marşrutu üzrə isə mayın 5-dən etibarən bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Səyahət müddəti 3 saat 30 dəqiqə olacaq. Uçuşlar 100 yerlik müasir komfortlu “SSJ100” təyyarələri ilə həyata keçiriləcək.