11:27 - 20.04.2023
20 aprel, Fineko/abc.az. ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın gəliri birinci rübdə illik müqayisədə 24 faiz artıb.
ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, szöügedən dövrdə şirkətin gəliri 23,3 milyard dollara çatıb, xalis mənfəəti isə 24 faiz azalaraq 2,5 milyard dollar olub.
Qeyd edək ki, “Tesla” 2022-ci ilin birinci rübündə 18,8 milyard dollar gəlir əldə etmişdi, şirkətin gəlirləri isə son rübdə 24,3 milyard dollarla rekord qırıb.
Beləliklə, şirkətin 2022-ci ilin birinci rübündə 1,07 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 0,73 dollara qədər azalıb.
Müəllif: Elmir Muradov
18 Avqust 2026