“Instagram”da yeni funksiya

10:27 - 20.04.2023


20 aprel, Fineko/abc.az. “Instagram”a yeni funksiya gətirilir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən platforma istifadəçiləri şəxsi məlumatlarına bundan sonra əlavə olaraq profillərinə keçid (link) əlavə edə biləcəklər.

İstifadəçilər bu link vasitəsilə öz izləyicilərini digər sosial media hesablarına və ya məzmunlarına yönləndirə biləcəklər.

Qeyd edək ki, indiyədək “Instagram” profildə paylaşılan linklərin sayını bir ilə məhdudlaşdırmışdı. Ancaq bu vəziyyət indi dəyişir.

“Instagram” artıq istifadəçilərinə yeni keçid (link) əlavə etmək imkanı təklif edəcəyini açıqlayıb.

Sosial media nəhəngi indi istifadəçilərinə “Instagram” profilinin biosuna beşə qədər keçid əlavə etməyə və “Facebook” hesablarını əlaqələndirmək üçün ayrıca simvol əlavə etməyə icazə verəcək.