“Renault” elektrik avtomobillərinin qiymətinə “Tesla” ya görə yenidən baxa bilər

10:40 - 19.04.2023


19 aprel, Fineko/abc.az. “Renault” elektrik avtomobil məkanında rəqabətədavamlı qalmaq üçün qiymət siyasətinə yenidən baxmaq qərarına gəlib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu “Renault”un icraçı direktoru Fabrik Cambolive jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, “Tesla”nın elektrikli avtomobil qiymətlərindəki endirimləri rəqiblər üçün həyəcan siqnalı olduğuna görə, qiymət siyasətlərini buna uyğun olaraq nəzərdən keçirəcəklər:

“Aydındır ki, “Tesla”nın qiymət endirimləri biznesin xərc tərəfindən başlayan bir problemdir. Bu, xəbərdarlıqdır və biz bunu nəzərə alırıq”.

Qeyd edək ki, “Tesla” ABŞ-dan sonra Avropada, İsraildə, Sinqapurda, o cümlədən “Renault”un vətəni Fransada qiymətləri aşağı salıb. Beləliklə, şirkət yanvar ayında Çində başladığı qlobal endirim kampaniyasını genişləndirib.