İlham Əliyev və Mehriban Əliyeva Neftçalaya səfər ediblər

11:53 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

ABC.AZ xəbər verir ki, dövlət başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.