16:42 - 17.04.2023
17 aprel, Fineko/abc.az. 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda 228 ədəd traktor istehsal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu, 2022-ci ilin ilk üç ayı ilə müqayisədə 82,4 % çoxdur.
Nəticədə, bu il aprelin 1-nə ölkədə 15 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk rübündə Azərbaycanda 145 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Nəticədə, bu il aprelin 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026