16:31 - 17.04.2023
17 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 124 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 25,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 0,4 % azalıb.
Bu ilin yanvar-mart ayında ölkədə 925 ədəd və ya 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 486 ədəd və yaxud 2,1 dəfə çox minik avtomobili istehsal olunub.
Bu il aprelin 1-nə ölkədə 813 ədəd hazır məhsul ehtiyatı yaranıb.
18 Avqust 2026