16:10 - 17.04.2023
17 aprel, Fineko/abc.az. Türkiyənin “Togg” avtomobili gələn ildən Avropa bazarına çıxarılacaq.
ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, elektromobilin 2024-cü ildən dünyanın müxtəlif ölkələrində, zamanla da Avropanın bütün dövlətlərində satışa çıxarılacağı gözlənilir.
Bildirilib ki, “Togg”un satışı avtomobilin istehsal həcminin artırılması ilə paralel şəkildə davam edəcək.
Qeyd edək ki, “Togg” Türkiyənin ilk yerli elektromobilidir.
Bu il martın əvvəlindən “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026