11:20 - 17.04.2023
17 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev general-polkovnik Arzu Rəhimovla bağlı Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, Sərəncamla Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, 59 yaşlı A.Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edirdi.
30 İyul 2026
28 İyul 2026