12:31 - 11.04.2023
11 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Qazaxıstana səfərini şərh edib.
ABC.AZ xəbər verir ki, deputat Qazaxıstan və Azərbaycan bu əməkdaşlıq ölkələrin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin çoxalmasına şərait yaratdığını bildirib:
“Nəzərə alsaq ki, həm Qazaxıstan, həm də Azərbaycan enerjidən kənar sektorun inkişafı ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir. Beynəlxalq yük daşımalar qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevrilməkdədir. Bu baxımdan Qazaxıstanla Azərbaycan arasındakı əməkdaşlıq regionun inkişafına töhvə verməklə, hər iki ölkənin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin həcminin kəskin artmasına gətirib çıxarır ki, artıq biz 2022-ci ildə hər iki ölkənin üzərindən daşınan yüklərin həcmində artım müşahidə etmişik. Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da qarşılıqlı əməkdaşlıq və infrastrukturun inkişaf etdirlməsi ilə bağlıdır”.
17 Avqust 2026