10:09 - 11.04.2023
11 aprel, Fineko/abc.az. “Mover” MMC express logistika şirkətinin müştəriləri narazıdırlar.
ABC.AZ xəbər verir ki, onlarla Azərbaycan vətəndaşı zərər çəkib.
Qeyd edək ki, “Mover” MMC yükləri (bağlamaları) müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib sahiblərinə təslim edir.
Şirkətin müştərilərinin etdikləri müraciətlərə və onların sosial mediada paylaşdıqları məlumatlara görə, “Mover” şirkəti 6 aydan çoxdur bir çox vətəndaşın ABŞ-da olan bağlamalarını gətirib təhvil vermir.
Digər məlumata görə, martın 15-dən Türkiyə anbarında olan bağlamalar da gəlmir.
Şirkətin müştəriləri bildirirlər ki, “Mover”ə zəng çatmır, zənglərə və müraciətlərə cavab verilmir. Eyni zamanda şirkətin saytı da düzgün işləmir.
8 Avqust 2026
8 Avqust 2026