Azərbaycanlıların hazırladığı bu startap üçün investisiya axtarır

16:23 - 10.04.2023


10 aprel, Fineko/abc.az. Azərbaycan mütəxəssisləri tərəfindən maliyyə xidmətləri sahəsində təsis edilmiş məşhur “Epoint”  startapı investisiya cəlbi raundu elan edib.

ABC.AZ xəbər verir ki, söhbət ABŞ-da qeydiyyatdan keçmiş «Epoint Inc» layihəsindən pay satışından gedir.

Xatırladaq ki, “Epoint” şirkəti müştərilərə elektron ticarət xidmətləri göstərən startapdır və B2B sahəsində, yəni şirkətlər və sahibkarlarla çalışır.

Layihənin rəhbəri Zeynal Kərimzadə  bildirib ki, şirkətin ümumi dəyərinin 5 milyon dollar olması əsas götürülərək ümumilikdə 500 min dollarlıq investisiya cəlbi nəzərdə tutulur. Layihədə iştirak üçün minimum yatırım 50 min dollardır. “İnvestisiya müqaviləsi bir neçə iştirakçının yatırımı kimi tam rəsmiləşdiriləcək”-deyə layihənin rəhbəri bildirib.